Conson Ukraynanın baş naziri vəzifəsinə namizəd ola bilər
Böyük Britaniyanın baş naziri Boris Consona Ukrayna vətəndaşlığının verilməsini və onun ölkənin baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsini təklif edən petisiya yayılıb.
Bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin saytında bölmə yaradılıb.
Lakin tələb olunan 25 min nəfərdən indiyədək yalnız 70 nəfər petisiyanı imzalayıb.
Bu arada Boris Conson da Zelenskiyə Uinston Çörçill mükafatını verib.
Mərasim Londonda “Downing Street”də keçirilib.
Ukrayna prezidenti tədbirdə videobağlantı vasitəsilə iştirak edib.
Conson Zelenskini Ukrayna xalqının qəhrəmanlığının simvolu adlandırıb.
Prezident də öz növbəsində silahların müntəzəm olaraq Ukraynaya verilməli olduğunu xatırladıb.