Avropa Mərkəzi Bankı uçot faiz dərəcəsini kəskin artırıb
Acvropa Mərkəzi Bankı uçot faiz dərəcəsini 50 baza bəndi (0.5%) artırıb.
ENA.az xəbər verir ki, bununla da uçot faiz dərəcəsi 0.00%-dən 0.50%-ə yüksəlib. ECB-nin depozit faizləri nəhayət mənfi zonadan çıxaraq 0.00%-ə, borclanma faizi isə 0.75%-ə yüksəlib.
ECB 2011-ci ildən bu tərəfə ilk dəfə uçot faiz dərəcəsini artırmalı olub. Qeyd edək ki, uçot faiz dərəcəsini birjalar 25 baza bəndi artırılacağını gözləyirdi, lakin öncəki xəbərimizdə də bildirmişdi ki, Rueters bəzi mənbələrdə ECB-nin 50 baza bəndi artırılağı bərədə məlumat əldə etmişdi.
Hazırda EUR/USD 1.025 müqavimət səviyyəsinə çatıb, hətta onu yaxın saatlarda ötə biləcəyi də vurğulanır.