Elm və Texnologiya

“WhatsApp”da yeni funksiya işə düşüb

“WhatsApp” messencerində hesabın Android-dən iOS-a köçürülməsi üçün çoxdan gözlənilən funksiya işə salınıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, hesabı, profil şəkili, fərdi və qrup söhbətlərini köçürmək üçün smartfonunuz Android 5.0 və daha yeni, iOS 15.5 və daha yeni əməliyyat sistemləri ilə işləməlidir.

Əgər məlumatlar Android smartfonundan köçürülürsə, iOS köçürmə proqramını quraşdırmaq lazım olacaq. Yeni funksiyaların tətbiqinə baxmayaraq, “WhatsApp” messenceri hələ də əsas rəqibi “Telegram”dan xeyli geri qalır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)