Azərbaycanda koronavirusa yoluxanların sayı artır - SON MƏLUMAT
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 257 yeni yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan ENA.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 4 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 794 913 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 090 nəfər müalicə olunaraq sağalıb, 9 727 nəfər vəfat edib, aktiv xəstə sayı 1 096 nəfərdir.
Ölkədə son sutka ərzində 3 658, hazırkı dövrədək isə 7 008 073 test aparılıb.