ÜST maska rejimini qaytarmağa çağırıb
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Qebreyesus maska rejimini qaytarmağa və binaların havalandırılmasını artırmağa çağırıb. O, dünyada COVID-19-a yoluxanların sayının artmağa başlamasından narahat olduğunu bildirib.
ENA.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
“Mən narahatam ki, COVID-19 hallarının sayı artmaqda davam edir və bu, həddən artıq yüklənmiş səhiyyə sistemləri və tibb işçilərinə əlavə gərginlik yaradır”, – deyə Gebreyesus söyləyib.
O, koronavirus infeksiyasından ölüm hallarının artmasından narahat olduğunu etiraf edib, buna görə də sınanılmış qoruyucu vasitələrdən istifadə etməyə çağırdı: maska taxmaq, otaqların havalandırılmasını artırmaq və test vermək.
İyulun əvvəlində bütün dünyada COVID-19-un yeni dalğası başlayıb. Bunu transmilli “Pfizer” əczaçılıq şirkətinin rəhbəri Albert Burla deyib. Mütəxəssis qeyd edib ki, hazırlanmış dərmanlar sayəsində insanlar hələki adi həyatlarını davam etdirə bilirlər.