Ceff Bezos Baydeni tənqid edib

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos yanacaqdoldurma məntəqələrinin sahiblərini ölkədə benzinin qiymətini dərhal aşağı salmağa çağırdığı üçün ABŞ Prezidenti Cozef Baydeni tənqid edib.
Bu barədə C özünün tviter hesabında yazıb.
“İnflyasiya Ağ Evin bu cür bəyanatlar verməyə davam etməsi üçün çox böyük problemdir. Bu ya açıq aldatmadır, ya da bazarın əsas dinamikasının dərin anlaşılmazlığıdır”, – Bezos bildirib.
ABŞ-da benzinin pərakəndə satış qiymətlərində artım qışın sonunda başlayıb. Bu, Ağ Evin tendensiyanın qarşısını almaq cəhdlərinə baxmayaraq, dünyada neftin qiymətinin artması fonunda baş verir. Ölkədəki 60 000-dən çox yanacaqdoldurma məntəqəsində qiymətlərə nəzarət edən Amerika Avtomobil Assosiasiyasının məlumatına görə, iyulun 3-nə müntəzəm benzinin bir qallonunun (3,785 litr) orta qiyməti (Azərbaycanda Aİ-92 – Red) təxminən 4,8 dollardır.
Eyni zamanda, 2021-ci il yanvarın sonunda Baydenin ABŞ Prezidenti kimi andiçmə mərasimindən sonrakı ilk həftədə bu rəqəm 2,39 dollar səviyyəsində olub.