Əsas məzmuna keç
Bakı +17°, az buludlu
--:--:--
Tez-tez axtarılanlarBölmələr
İnşaat və əmlak

Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək

Xəzər sahilində restoran və obyekt sahibləri üçün yeni qaydalar müəyyən ediləcək

Xəzər dənizinin sahilboyu ərazilərində ictimai istifadə zonaları aparılacaq qiymətləndirmə və zonalaşdırma işlərindən sonra müəyyən ediləcək.

ENA.az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Hüseyn Əliyev Xəzər dənizinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, ərazilərin istifadəsi zamanı insanların təhlükəsizliyi, infrastrukturun vəziyyəti, ekoloji tələblər və göstərilən xidmətlərin keyfiyyəti nəzərə alınacaq: “Zonalaşdırma başa çatdıqdan və müvafiq ərazilər təsdiqləndikdən sonra hər bir vətəndaş həmin zonalarla bağlı açıq məlumat əldə edə biləcək. Sahilboyu ərazilərin səmərəli istifadəsi ilə yanaşı, onların infrastrukturunun da düzgün formalaşdırılması vacibdir”.

O qeyd edib ki, bu baxımdan şəhərsalma prinsipləri, ictimai məkanların təşkili və xidmətlərin keyfiyyəti nəzərə alınacaq: “Çalışacağıq ki, həmin ərazilər ictimaiyyət üçün kifayət qədər komfortlu, təmiz və keyfiyyətli olsun, orada göstərilən xidmətlər də sahibkarlar tərəfindən lazımi səviyyədə təmin edilsin”.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə