Əsas məzmuna keç
Bakı +15°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Kolleclərə qəbul qaydası dəyişir– Universitetlərin tabeliyinə veriləcək

Kolleclərə qəbul qaydası dəyişir– Universitetlərin tabeliyinə veriləcək

Kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid təhsil sisteminə daxil edilməsi nəzərdə tutulur.

ENA.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, hazırda da bəzi kolleclər ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərir: “Bu istiqamətdə birgə əməkdaşlıq həyata keçirilir. Pilot təcrübə əsasında inteqrasiya prosesinə artıq başlanılıb.

Tam inteqrasiya dedikdə isə kolleclərin müstəqil statusunun aradan qaldırılaraq ali təhsil müəssisələrinin vahid təhsil sisteminə daxil edilməsi nəzərdə tutulur. Bu, həmin müəssisələrdə bakalavriat, magistratura, sertifikat proqramları və digər təhsil imkanlarının vahid sistem çərçivəsində təşkili deməkdir”.

Şöbə müdiri qeyd edib ki, eyni zamanda, ali təhsil müəssisələrinin tabeliyində fəaliyyət göstərəcək kolleclərdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının aparılması və məzunların əmək bazarına çıxışının təmin edilməsi planlaşdırılır.

T.Süleyman əlavə edib ki, gələcəkdə 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur: “9-cu sinif bazasından qəbulun gələcəkdə yalnız peşə təhsili müəssisələrində həyata keçirilməsi planlaşdırılır”.

Mənbə:report.az

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə