Əsas məzmuna keç
Bakı +15°, aydın
--:--:--
Tez-tez axtarılanlarBölmələr
Elm və texnologiya

Kolleclərə qəbul 11-⁠ci sinifdən aparılacaq, qiyabi təhsil ləğv ediləcək

Kolleclərə qəbul 11-ci sinifdən aparılacaq, qiyabi təhsil ləğv ediləcək

2027–2030-cu illəri əhatə edən dövrdə, xüsusilə dövrün sonuna doğru kolleclərə qəbulun əsasən 11-ci sinif bazasından aparılması planlaşdırılır. 9-cu sinifdən qəbul isə peşə istiqaməti üzrə həyata keçiriləcək.

ENA.az xəbər verir ki,  bunu Elm və Təhsil Nazirliyinin elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman 2026/2027-ci tədris ili: Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə həsr edilmiş tədbirdə deyib.

O bildirib ki, eyni zamanda qiyabi təhsil forması mərhələli şəkildə tamamilə məhdudlaşdırılır və aradan qaldırılır.

“Bunun əvəzində 2027–2030-cu illər üçün ilkin layihədə hibrid-distant təhsil formasının işlənməsi və tətbiqinə başlanılması nəzərdə tutulub. Bu modelin əvvəlcə pilot layihə kimi ali təhsil müəssisələrində, daha sonra isə digər təhsil pillələrində mərhələli tətbiqi nəzərdən keçirilir.

9-cu sinifdən məhdudlaşdırmalar və qiyabi təhsilin ləğvi beynəlxalq təcrübə və müasir tələblərlə bağlıdır”,- deyə o qeyd edib.

ENA.az TelegramdaHər gün yeniliklərdən xəbərdar olmaq üçün bizi sosial şəbəkələrdə izləyin!Bizi izlə