Kağız imtahanlardan kompüter imtahanlarına keçilə bilər
"Kağız imtahanlardan kompüter imtahanlarına keçilə bilər. Hesab edirəm ki, biz buna hazırıq".
ENA.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Abituriyent 12" jurnalının təqdimatı zamanı çıxışında deyib.
E.Əmrullayev qeyd edib ki, məktəblərdə kompüterlərin də sayı günü-gündən artır:
"Eyni zamanda, PİSA qiymətləndirilməsi təcrübəsindən buraxılış və qəbul imtahanlarında istifadəsi də mümkün ola bilər. Fizika fənninin məzmunu çox köhnəlib. Məzmunun dəyişməsi bizim üçün problem deyil, lakin cəmiyyət bunu necə qəbul edə bilər?! Yəni maarifləndirmə işləri önəmlidir".