“Son 4 ildə ölkədə əmək haqqı fondu 2.2 dəfə artıb”
Həmçinin 2022-ci ilin əvvəlindən Azərbaycanda sosial ödənişlərin artımını nəzərdə tutan növbəti islahat paketinin həyata keçirildiyi, 3,4 milyon şəxsi əhatə edən bu paket üçün illik əlavə 2,1 milyard manat ayrıldığı bildirilib.
ENA.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Sahil Babayev ölkəmizdə səfərdə olan Beynəlxalq Valyuta Fondunun nümayəndə heyəti ilə görüşdə deyib.
Nazir qeyd edib ki, ümumən son 4 ildə ölkəmizdə əmək müqavilələrinin sayının 30 faiz, əmək haqqı fondunun 2,2 dəfə artıb. Bu ilin 1 may tarixinə əmək müqavilələrinin sayında ilin əvvəlinə nisbətən 7 min artım olduğu qeyd edilib.
Postmüharibə dövründə ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərinin artıq 100 min şəxsi əhatə etdiyi, onlara 175 min sosial xidmət göstərildiyi qeyd olunub.