Whatsapp'a barmaq izi skanı funksiyası gəlir
Whatsapp-ın Android versiyasında messencerin, istifadəçinin barmaq izi ilə qorunması funksiyası aşkar edilib. Lakin bu funksiya adi istifadəçilərdən hələki gizlədilib. Bu barədə WABetaInfo saytı xəbər verib. Sözügedən funksiya messencerin Privacy ayarlar bölməsində aşkar edilib. Bu funksiya aktivləşdiriləndə ayrı-ayrı çatlar deyil messencerin özü tamamilə bloklanır.
Əgər smartfonun barmaq izi skanı texnologiyası hansısa səbəbdən istifadəçinin barmaq izini təyin etmirsə, onda Whatsapp-ı Android-in standart blokdan çıxartmaq üsulu ilə (qrafik şifrə, PIN kod və ya adi şifrə) aktivləşdirmək olar. Messencerin iOS versiyasında bu funksiya hələ keçən ilin yaz fəslində ortaya çıxmışdı. Lakin iOS versiyada da funksiya hələki test mərhələsində çalışır və yalnız az istifadəçi kütləsi üçün aktiv edilib.
Yeni funksiyanın rəsmi olaraq nə zaman təqdim olunacağı məlum deyil. Lakin bu, qısamüddətli təcrübə olsa idi çətin ki, tərtibatçılar buna bu qədər zaman ayırardılar. Messencerin beta versiyasında ortaya çıxmış daha bir maraqlı funksiya da ondan ibarətdir ki, bundan sonra istifadəçi göndərəcəyi audiomesajı göndərməmişdən öncə dinləyə biləcək.