Türkiyədə karantin rejimi ləğv edilir
Sabah Türkiyə Koronavirus Elmi Qərargahı toplanacaq.
ENA.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, toplantıda tibbi maskalardan istifadə tələbi və karantin rejiminin ləğvi məsələləri müzakirə ediləcək.
Bildirilib ki, qərargahda bütün qapalı məkanlarda tibbi maskalardan istifadə məcburiyyətinin aradan qaldırılması məsələsinə də toxunulacaq. Bununla yanaşı, karantin rejimi müddətinin ləğv edilməsinin müzakirə olunacağı gözlənilir.