“SAP Azərbaycan”a idarəedici direktor təyin edilib
“SAP Azərbaycan” Svetlana Yankinanın idarəedici direktor vəzifəsinə təyin olunduğunu elan edib.
Şirkətdən verilən məlumata görə, o, yeni vəzifəsində Azərbaycanda biznesin inkişafı və genişlənməsinə cavabdeh olacaq.
Svetlana Yankina 2013-cü ilin yanvar ayından SAP CIS-də Mühasibat Meneceri kimi fəaliyyətə başlayıb. O, bir sıra tərəfdaşlarla işi uğurla əlaqələndirib.
2014-cü ildə Svetlana Yankina sıfırdan beş ölkədə tərəfdaş ekosistemi qurmağa başlayıb – onun köməyi ilə Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanda ilk PartnerEdge müqavilələri, eləcə də bu ölkələrdə bir sıra ilk SAP sövdələşmələri bağlanıb.
2015-ci ildən Svetlana Yankina SOCAR-ın Global Account Direktoru vəzifəsində çalışıb.