Birja

Yaponiya ehtiyat neftini satışa çıxarır

Yaponiya hökuməti Beynəlxalq Enerji Agentliyinin (BEA) dəstəyi ilə dövlət və özəl ehtiyatlarından 15 milyon barelədək neft satmaq niyyətindədir.

ENA.az “Kyodo”ya istinadən xəbər verir ki, bundan əvvəl hökumətin baş katibi Hirokazu Matsuno ABŞ və BEA üzv ölkələrin strateji ehtiyatlarından neft satışına dair yeni təşəbbüsü dəstəklədiklərini bildirib.

Belə ki, dünən “Bloomberg” xəbər vermişdi ki, ABŞ və digər BEA ölkələri strateji ehtiyatlarından 240 milyon barel neft satmağı nəzərdə tutur. O cümlədən ABŞ Prezidenti Cozef Baydenin bildirdiyi kimi, onlar may-oktyabr müddəti ərzində hər gün 1 milyon barel, yəni bütövlükdə 180 milyon barel satacaqlar.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)