Mərkəzi Bankın valyuta ehtiyatları artdı
2022-ci il martın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7 milyard 136,5 milyon dollar təşkil edir. AMB-nin saytında dərc olunmuş məlumata görə, 2022-ci ilin yanvar-mart aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 0,9% artıb.
Xatırladaq ki, 2021-ci ilin sonuna AMB-nin valyuta ehtiyatları 7 milyard 75,4 milyon dollar təşkil edib. Təkcə mart ayında AMB-nin valyuta ehtiyatları 0,3% və ya 21,5 milyon dollar azalıb.
Ümumilikdə 2021-ci ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,1% artıb.