Azərbaycan neftinin qiyməti 105 dollardan aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,14 ABŞ dolları, yaxud 1,08 % azalaraq 104,48 ABŞ dollarına düşüb.
Dünən “Brent” markalı neftin bir bareli 98,02 ABŞ dolları olub.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dolları götürülüb.