Buğda daha da bahalaşdı - bir gündə 6.7% artım
ENA.az Amerika və Avropa birjalarındakı göstəricilərə istinadən xəbər verir ki, buğda 6.7% bahalaşaraq buşeli 1 210.00 sent təşkil etdi.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi strateji qida sayılan buğdanın qiymətinə kəskin təsir göstərir. Belə ki, “JPMorgan”a görə, Rusiya ən böyük buğda ixracatçısı, Ukrayna isə əmtəənin dörd ən böyük ixracatçıları sırasındadır.