Rusiya Bankı uçot dərəcəsini 20 %-ə qaldırıb
Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası Ukrayna ilə bağlı baş verənlər fonunda rublun kəskin ucuzlaşmasının qarşısını almaq üçün uçot dərəcəsinin birdən-birə 10,5 faiz bəndi artırılaraq 9,5 %-dən 20 %-ə qaldırılması barədə qərar qəbul edib.
Eləcə də bax: Rusiya rublu “komada” - 40 faiz dəyərini itirdi
ENA.az bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Xatırladaq ki, Rusiya Bankı sonuncu dəfə bu il fevralın 11-də uçot dərəcəsini 8,5 %-dən 9,5 %-ə qaldırmışdı.