Avtomobil

Namidan Piriyev Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev vəzifəsindən azad edilib.

ENA.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmrinə əsasən, o, BDYPİ-nin rəis müavini təyin olunub.

DİN mətbuat xidmətindən məlumatı saytımıza təsdiqləyiblər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)