Azərbaycan 100 milyon dollarlıq müdafiə sənayesi məhsulları alıb
Azərbaycan 2018-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının idxalını 85,7% artırıb.
Bu barədə Türkiyənin “Anadoli” agentliyi qeyd edir.
“Əgər 2017-ci ildə Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının Azərbaycana ixracı 34,143 mln. dollar təşkil edibsə, 2018-ci ildə bu göstərici 63,409 mln. dollar səviyyəsində olub”, - agentlik Türkiyə İxracatçılar Məclisinin (TİM) məlumatına istinadən bildirib.
Bütövlükdə, ötən il Türkiyə istehsalı olan müdafiə və aviasiya məhsullarının ixracı 2,035 mlrd. dollar təşkil edib, bu da 2017-ci ilin göstəricisindən 17% çoxdur.