Sənaye

Neftin qiyməti bir ildə necə dəyişdi - QRAFİKA

Brent markalı neft dünya üzrə neft alışı üçün əsas qiymətdir. Brent nefti Şimal dənizindən hasil olunsa da Avropa, Afrika və Qərbə axan Yaxın Şərqdən gələn neft hasilatı bu neftə nisbətən qiymətləndirilir. 

Bir il əvvəl 81 dollara ticarət edilən Brent hazırda 70 dollara satılır. Azərbaycan nefti olan "Azeri Light” ilə Brent neftinin qiymət fərqi 3 dollardır. Yəni, ənənəvi olaraq Azərbaycan nefti Brentdən 3 dollar baha olur.  Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. 

Brent nefti isə birjaya çıxdığı 1970 - 2025-ci illər ərzində ən ucuz 2,23, ən baha 147,50 dollara satılıb. 

Brent nefti illik dunamika

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)