Gündəm

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana gəlir

Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycana səfər edəcək.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, bu, Ştaynmayerin ölkəmizə ilk səfəri olacaq. Onu xanımı Elke Büdenbender də müşayiət edəcək.

Almaniya prezidenti Bakıya səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşəcək. O, Bakının tarixi mərkəzinə baş çəkəcək və xristian, müsəlman və yəhudi ruhaniləri ilə tolerantlıq və dinlərarası anlaşma mövzusunda müzakirələr aparacaq, həmçinin Azərbaycanda qadınların vəziyyəti ilə bağlı panel müzakirəsində iştirak edəcək.

Qeyd edək ki, Ştaynmayer martın 30-dan aprelin 2-dək baş tutacaq səfərində, həmçinin Ermənistana da gedəcək.

Xatırladaq ki, o, 2017-ci ildən bəri Almaniya Prezidenti vəzifəsini icra edir.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)