Sənaye

Dünyanın ən böyük silah ixracatçıları açıqlanıb – TOP 5

“SIPRI” analitikləri son beş ildə silahların ixracı və idxalının necə dəyişdiyini təhlil ediblər. Ümumilikdə, institut əsas silahları (döyüş təyyarələri və gəmiləri, hava hücumundan müdafiə sistemləri, tanklar və döyüşə dəstək maşınları, artilleriya) ixrac edən 64 ölkənin məlumatlarını araşdırıb. İlk beşliyə aşağıdakı ölkələr daxil olub:

1. ABŞ – 2019-2020-ci illərlə müqayisədə ölkənin dünya ixracatındakı payı 43% təşkil edib. ABŞ sonra illərdə silah ixracını 21% artırıb. ABŞ-nin aparıcı silah idxalçıları Ukrayna, Böyük Britaniya, Hollandiya və Norveçdir. Ümumi silah ixracının 9.3%-i Ukraynanın payına düşür.

İdxalçı regionlar siyahısında Avropadan sonra Yaxın Şərq gəlir. 2015-2020-ci illərlə müqayisədə tədarüklərin həcmi 15% azalıb. Aparıcı idxalçılar Səudiyyə Ərəbistanı (12%), Qətər (7.7%), Küveyt (4.4%), İsrail (3%), Asiya və Okeaniyadır (28%). İnstitutun analitikləri qeyd edirlər ki, Cənubi Koreya (5.3%) ABŞ-nin regionda “Çindən artan təhlükə” fikrini bölüşür.

2. Fransa – qlobal ixracın 9.6%-ni təşkil edir, son illərdə 11% artım qeydə alınıb. Ümumilikdə, Fransa 65 ölkəni silahla təmin edir. Regionlar üzrə ən böyük pay Asiya və Okeaniyada (35%), daha sonra Yaxın Şərqdə (28%) və Avropadadır (15%). Ən böyük idxalçı Hindistan (28%), ikinci yerdə isə Qətərdir (9.7%).

3. Rusiya – qlobal ixracın 7.8%-ni təşkil edir, son illərdə 64% azalma müşahidə edilir. Gözlənildiyi kimi, azalma 2022-ci ildə Ukraynada müharibənin başlaması ilə bağlı olub. 2024-cü ildə Rusiyanın ixracı 2022-ci illə müqayisədə 47% azalıb.

4. Çin – qlobal ixracın 5.9%-ni təşkil edir, son illərdə ixrac 5.4% olub. Çin 44 ölkəni silahla təmin edir: tədarükün 77%-i Asiya və Okeaniyanın, 14%-i Afrikanın payına düşür. Qeyd edək ki, Çinin ixrac etdiyi silahların 63%-i Pakistana gedir.

5. Almaniya – qlobal ixracın 5.6%-ni təşkil edir, son illərdə ixrac 2.6% azalıb. Ən böyük pay Yaxın Şərqə məxsusdur – 37%. Onun ardınca Avropa (34%), Asiya və Okeaniya (21%) gəlir.

Almaniya ixracatının demək olar ki, yarısı üç ölkəyə yönəlib: Ukrayna (19%), Misir (19%) və İsrail (11%). “SIPRI” silah idxalçıları kateqoriyasında 162 ölkə müəyyən edib. İlk 5 idxalçı dünya idxalının 35%-ni təşkil edir. Avropada silah idxalı son beş ildə 155% artsa da, qlobal miqyasda bu rəqəm 0.6% azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)