“Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır, əsas səbəb “Omikron” ştamıdır”
“Son günlər ölkədə koronavirusa yoluxma kəskin artır. Bunun əsas səbəbi “Omikron” ştamıdır. Çünki yeni ştam daha yoluxdurucudur”.
ENA.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev keçirdiyi brifinqdə deyib.
Nazirin sözlərinə görə, hazırda ölkədə koronavirusla bağlı vəziyyət idarəolunan və nəzarət altındadır:
“Xəstəxanaya çatdırılma və müalicə ilə bağlı heç bir problem yoxdur. “Omikron”la bərabar hələ “Delta” variantı da gündəmdir. Reanimasiyaya düşən pasiyentlərin arasında bunu müşahidə edirik”.