Kontakt Home işçi axtarır - VAKANSİYA
Zəmanət üzrə mütəxəssis
Son tarix 07 mar 2022
Vəzifələr:
- Warranty claim və RMA aktları ilə işləmək, onları araşdırmaq;
- Müqavilələr ilə işləmək, şərtləri ilə tanış olmaq;
- Tədarükçülər ilə danışıqların aparılması, müqavilənin şərtləri əsasında şirkətin maraqlarının qorunması və kompensasiyaların alınmasını təmin etmək;
- Lazim olduğu təqdirdə şərtlərinin müəyyən olunması və əlavə sənədlərin hazırlanması;
- Kompensasiyası alınmış məhsulların hesabatının hazırlanması;
- Daxil olan sorğuların araşdırılıb tədarükçülər ilə həll edilməsi;
- Xarici və daxili tədarükçülər ilə danışıqların aparılması, sifarişin hazirlanması və daşınmasının izlənilməsi;
- Sifariş olunan məhsullar gəldikdən sonra sistemə işlənilməsini, əlavə xərclərin hesablanması, mayə dəyərinin formalaşmasını nəzarətdə saxlamaq;
- Sifariş tamamlanana qədər bütün prosesləri nəzarətdə saxlamaq və bütün risk və nöqsanların aradan qaldırılmaq.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan və Rus dillərini səlis, İngilis dilini yaxşı səviyyədə bilmək;
- MS Excel, MS Word, Ms Outlook biliklərinin olması;
- Müvafiq sahə üzrə iş təcrübəsi arzuolunandır;
- İşində dəqiq və məsuliyyətli olması;
- Komandada işləmək bacarığı;
- Məsuliyyətli, dürüst və ünsiyyət qurma bacarığı.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş qrafiki: I-V günlər, 09:00 - 18:00.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.