“Aztelekom”da təyinat olub
Azərbaycanda regional olaraq telefon rabitəsi və internet xidmətini həyata keçirən dövlət şirkətində yeni təyinat olub.
ENA.az Banker.az-a istinadən xəbər verir ki, Renat Rüstəmov “Aztelekom” MMC-nin İnsan resursları departamentinin direktoru təyin edilib. O, bu vəzifənin icrasına 2022-ci ilin yanvarından başlayıb.
Qeyd edək ki, R.Rüstəmov 2021-ci ilin mayında “Aztelekom”a təyinat almışdı.
O bundan öncə “Sumqayıt Texnologiyalar Parkı” və “Yalama Agropark”da çalışmışdır.