Özbəkistanda dövriyyəyə 50 min və 100 min dəyərində yeni əskinaslar buraxılıb
Özbəkistanda dövriyyəyə 50 min ($4,6) və 100 min ($9,2) dəyərində yeni əskinaslar buraxılıb.
2017-ci və 2019-cu illərdə dövriyyəyə buraxılan 50 min və 100 min dəyərində olan əskinaslar əvvəlki alıcılıq qabiliyyətini saxlayır.
Əskinaslar Böyük İpək Yoluna və bu yolun üzərində olan Surxandərya və Xarəzm vilayətlərinin qədim tarixinə həsr olunub.
50 minlik əskinasın üz tərəfində Surxandərya vilayətində XI—XII əsrlərə aid Əbu İsa Termezinin mavzoleyi, 100 minlik əskinasda isə Xarəzm vilayətindəki qədim Xivə şəhərində olan İçan-Kala tarixi muzeyi əks edilib.