“TURKOVAC” vakisinin kütləvi istehsalına başlanılıb
Türkiyədə COVID-19-a qarşı hazırlanmış inaktiv “TURKOVAC” peyvəndin kütləvi istehsalına başlanılıb.
Bu barədə Türkiyənin Səhiyyə Qurumları Təşkilatı (TÜSEB) məlumat yayıb.
Bildirilib ki, bu, TÜSEB-in dəstəyilə hazırlanan “TURKOVAC”-ın ilk kütləvi istehsalı olacaq.
Qeyd edək ki, Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan dünən çıxışı zamanı “TURKOVAC” peyvəndinin Şanlıurfada və İstanbulda yerləşən mərkəzlərdə kütləvi istehsal ediləcəyini açıqlamışdı.“TURKOVAC” vakisinin kütləvi istehsalına başlanılıb