Birja

"SOCAR Almaniya şirkətinin aktivlərinin alışını ilk rübdə yekunlaşdıracaq"

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Almaniyanın EWE energetika şirkətinin Türkiyədəki aktivlərinin alınmasını 2019-cu ilin ilk rübündə yekunlaşdırmağı planlaşdırır.

Məlumatına görə, bunu danışıqlara yaxın olan mənbə bildirib.

Mənbə deyib: "Biz gözləyirik ki, alış ilk rübdə yekunlaşdırılacaq, biz bunu təsdiq edə bilərik".

Türkiyə KİV-lərinin məlumatına əsasən, söhbət EWE-nin bu ölkədəki törəmə şirkəti “EWE Turkey Holding”in “Bursagaz”, “Kayserigaz”, “EWE Enerji” və “Enervis” şirkətlərindəki payından gedir. Sövdələşmənin dəyərinin 140 milyon dollar təşkil etdiyi deyilir.

Bundan əvvəl EWE şirkətindən bildirmişdilər ki, şirkətin Türkiyədəki aktivlərini satmaq barədə qərarı fəaliyyətinin optimallaşdırılması ilə bağlıdır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)