Koronavirusun yeni, ən təhlükəli ştamı sürətlə yayılır - ÜST TƏCİLİ İCLAS KEÇİRƏCƏK
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Cənubi Afrika Respublikası və Botsvanada aşkar edilmiş, potensial sürətlə yayılan COVID-19-un yeni və ən təhlükəli ştamını müzakirə etmək üçün cümə günü təcili iclas çağırıb.
Məlumata görə, bu barədə “Financial Times” mənbələrə istinadən xəbər verib.
Qeyd edək ki, Böyük Britaniya alimləri Botsvanada 32 mutasiyanı ehtiva edən koronavirus ştamının peyda olması barədə xəbərdarlıq ediblər. Mutasiyaların çoxu onun yüksək ötürülmə qabiliyyətini və peyvəndlərə qarşı güclü müqavimətini göstərir, ştamın bütün digər COVID-19 variantlarına nisbətən sünbül zülalında daha çox dəyişikliklər var.
Cənubi Afrika Respublikasının Milli Yoluxucu Xəstəliklər İnstitutu daha sonra yeni ştamın Cənubi Afrika Respublikasında aşkarlandığını, indiyə qədər 22 yoluxma halını təsdiqləyib.
Qeyd edək ki, B.1.1.529 adlı yeni COVID-19 ştamı ilə 10 yoluxma müəyyən olunub. Mutasiyalar zəif immun sistemi olan, o cümlədən HİV və ya QİÇS xəstələrini daha tez yoluxdurur.