Ən təhlükəsiz messencerlər seçilib - TOP 5
ibertəhlükəsizlik mütəxəssisləri hansı messencerlərin daha təhlükəsiz olduğunu açıqlayıblar.
ENA.az xəbər verir ki, 2021-ci ilin ən təhlükəsiz messencerləri reytinqinə aşağıdakılar daxil olub:
- Threema
- Wickr
- Signal
- Wire
- Telegram
Vurğulanır ki, bunlar arasında Threema və Wickr istifadəçi məlumatlarını daha yaxşı qoruyur. Sonunculardan fərqli olaraq, Signal sizin telefon nömrənizi, Wire isə “Google Analytics” məlumatlarını toplayır.
Hesabda qeyd edildiyi kimi, Telegram (telefon nömrələrini və ID-ni saxlayır), Viber, WhatsApp, c və Discord (dördü də şifrləmə tətbiq etmir və məlumatları üçüncü şəxslərə, o cümlədən kəşfiyyat agentliklərinə ötürür) istifadəçilər üçün daha az təhlükəsiz proqramlara aid olunub.
2021-ci ilin ən təhlükəsiz messenceri olaraq Threema seçilib. O həm də geniş funksionallığa malikdir: şəxsi serverlər və anonim qeydiyyat. Mənfi cəhətləri sırasında özü-özünə silinən mesajların olmamasını göstərmək olar.