Sosial iqtisadiyyat

Azərbaycanda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti azaldılır

Azərbaycanda vergi öhdəliyinin yerinə yetirilməsi müddəti 6 aya qədər uzadıla bilər.

ENA.az xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, bu müddət vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilərdi.

Bundan başqa, vergi öhdəliyinin razılaşdırılmış qrafiki hissə-hissə icrası şərtilə borcun ödənilməsinə 1 ildən çox olmayan müddətə, həmçinin möhlət verilən dövr ərzində möhlət verilmiş borcun 75 %-i ödənildiyi halda 1 il və 85.10.2 maddəsində müəyyən edilən müddətdə 2 ilə qədər yuxarı vergi orqanının qərarı ilə artırıla bilər.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department