Sosial iqtisadiyyat

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 4 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 20 milyard 102,8 milyon manatlıq mal satılıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 % artıb. 

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 28 milyard 702,4 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,8 % çoxdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)