Sosial iqtisadiyyat

ASAN Xidmət sədrinin müşaviri vəzifəsindən ayrılıb

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müşaviri vəzifəsini tərk edib.

Məlumata görə, Mehdi Cavadov sədrin müşaviri vəzifəsindən ayrılıb. O, 2023-cü ilin fevral ayından 2026-cı ilin may ayına kimi bu vəzifədə çalışıb.

O, 2019-cu ilin fevralından 2023-cü ilin fevral ayına kimi Elektron Hökumətin İnkişafı Mərkəzinin direktor müavini olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)