Marketinq və reklam

Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi

Bank Respublika “Qızıl Seçim”lotereyasının qalibinə avtomobil təqdim etdi

Bu gün Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika fəaliyyətinin 34-cü ilini qeyd edir. 1992-ci ildən fəaliyyət göstərən Bank bu illər ərzində ölkə iqtisadiyyatının inkişafına töhfə verərək, müasir və innovativ xidmətləri ilə milyonlarla müştərinin etimadını qazanıb.

 

Bank bu əlamətdar gündə də müştərilərindən birinə sevinc bəxş edərək, ona avtomobil təqdim edib. Belə ki, "Qızıl Seçim"  lombard lotereyasının 2-ci tirajının əsas qalibinə BYD Destroyer avtomobili təqdim edilib.

Qeyd edək ki, avtomobil qazanmış xanım müştəri Bankdan 1 000 AZN məbləğində lombard krediti rəsmiləşdirməklə lotereyada iştirak hüququ əldə edib.

 

Lotereyanın qalibləri 15 may 2026-cı tarixində Bank Republika-nın Baş ofisində 5 nəfərdən ibarət müstəqil komissiya üzvünün iştirakı ilə təsadüfi seçim əsasında müəyyən olunub

 

İkinci tirajda 01 yanvar – 01 may 2026-cı il tarixlərində, eləcə də 1-ci tiraj çərçivəsində Bank Respublikada lombard krediti rəsmiləşdirmiş müştərilər iştirak edirdi. Ümumilikdə lotereyada 20 000-dən çox müştəri və onlara məxsus 200 000-ə yaxın lotereya şansı qeydə alınıb. Qeyd edək ki, hər 500 AZN məbləğində lombard krediti müştərilərə 1 iştirak şansı qazandırıb.

 

Qeyd edək ki, avtomobil BYD şirkətinin Azərbaycandakı rəsmi dileri “Group Motors” tərəfindən təqdim olunur.

 

Lotereya haqda ətraflı məlumatı Bankın rəsmi səhifəsindən əldə edə bilərsiniz.

 


 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)