Parisin ən qədim körpüsü "mağaraya" çevrildi - FOTO
Küçə rəssamı JR-in "Pont Neuf Mağarası" instalyasiyası Parisdə açılacaq.
ENA.az xəbər verir ki, şəhərin ən qədim körpüsü olan Pont Neuf parça ilə bükülmüş və sonra şişirdilmişdir. İndi rəssamın komandası "mağaranın" interyerini yaratmağa başlayacaq.
"Pont Neuf Mağarası" 1985-ci ildə körpünü parça ilə bükən rəssamlar Kristo və Janna-Kloda hörmət əlamətidir. İki həftə ərzində - 6-28 iyun tarixlərində - körpü xaricdən qayaya, içəridən isə mağaraya bənzəyən tunelə çevriləcək.

















