DGK büdcə öhdəliyinə 112% əməl edib
Dövlət Gömrük Komitəsi (DGK) ilkin məlumata görə, cari ilin yanvar-oktyabr ayları üzrə nəzərdə tutulan büdcə öhdəliyinə 111,73 % əməl edib.
ENA.az xəbər verir ki, bu barədə Dövlət Komitəsinin sədri Səfər Mehdiyev "Twitter"də yazıb.
"Nəzərdə tutulan proqnozdan əlavə, 373,75 milyon manat gömrük ödənişlərinin toplanaraq dövlət büdcəsinə köçürülməsi təmin olunub", - deyə o qeyd edib.