İqtisadiyyat

Azərbaycanın Ermənistan ilə doqquz ayda ixracı və idxalı nə qədər olub?

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Ermənistana 23 milyon 450 min ABŞ dolları dəyərində mal ixrac edib.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, 9 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 96,5 min ABŞ dolları təşkil edib. Bunun 95,5 min ABŞ dolları ötən ayın payına düşüb.

Xatırladaq ki, 9 ayda Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.

Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)