Sığorta

Lizinqə götürülən maşının sığorta problemlərindən necə xilas olaq?

Son günlər öz aktuallığını artıran və daim sualların yaranmasına səbəb olan lizinq müqavilələri üzrə sığorta məsələlərinin düzgün tənzimlənməməsi müqavilə bağlanmasından hadisə zamanınadək, hətta hadisədən sonra da lizinq alanın böyük itkilərə məruz qalması ilə nəticələnə bilir. Bu araşdırmada biz lizinq və sığorta münasibətlərinin kəsişməsi zamanı itkilərdən necə qorunmaq olar deyə izah verməyə çalışacağıq.

1) Əvvəla qeyd edək ki, bu iki müqavilə üzrə başlıca lizinq predmeti nəqliyyat vasitəsi olduqda, daha çox diqqətli olma tələb edilir. Sığorta müqaviləsini bağlayan şəxs kim olmalıdır? Nəqliyyat vasitəsi hər zaman icbari sığortaya cəlb edilməli olduğu üçün lizinqə verilməmişdən əvvəl sığorta olunma mümkündür. Bu halda lizinq verən şirkət nəqliyyat vasitəsini sığortalayacağı üçün şirkətin sığortaladığı nəqliyyat vasitələri lizinqə veriləndən sonra bir-birilə toqquşaraq hadisə törətdikdə, sığorta ödənişi ala bilməyəcək

2) Hadisə zamanı lizinqə avtomobil götürən – lizinq alan sığorta şirkəti ilə münasibətlərdə iştirak edə bilmir. Belə ki, əksər lizinq şirkətləri avtomobil lizinqə verildiyi üçün hər ay verilən lizinq ödənişini aldıqdan sonra 1 aylıq müddətə yalnız nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti ilə icazə verdiyi üçün lizinq alan sığorta şirkətində lizinq verənin adından çıxış edə bilmir. Bu halda da imza və hərəkət sərbəstliyi üçün lizinq alan lizinq şirkətindən yeni etibarnamə almaq zərurətinə düşür.

3) Dəymiş zərərin ödənilməməsi. Lizinq alan hadisə zamanı zərər çəkmiş şəxs sayılıbsa, sığorta şirkəti əmlaka dəymiş zərəri lizinq alanla deyil, lizinq verənlə, yəni lizinq şirkəti ilə razılaşdırmaq hüququna malik olduğuna görə dəymiş zərərin həcmi düzgün formalaşmır.

4) Sığorta şirkətinin ödəniş verməmə oyunu. Sığorta şirkəti zərəri razılaşdırmaqla ödəməli olduğu üçün lizinq şirkəti ilə razılaşdırdığı məbləği elə lizinq şirkətinə də ödəyir. Nəzərə alsaq ki əksər lizinq şirkətləri hadisə olduqda belə ödənişləri müştəri – lizinq verənin razılığı tələb edilmədiyi üçün sığorta şirkətindən alaraq lizinq verən müştərisinin borcuna silir, bu halda nəqliyyat vasitəsi də yararsız vəziyyətdə qala bilir.

Yekunda qeyd edək ki, görünən problemlərlə üzləşməmək üçün peşəkarlar tərəfindən sığorta dəstəyi almaq məqsədəuyğundur.

 

“İnsurance Consalting Service” MMC

Aqil Nuriyev

Sigortadestek.az

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)