Azərbaycanda emitentlər üçün kalkulyator istifadəyə verilib
"Bakı Fond Birjası" QSC-nin internet səhifəsində qiymətli kağızların buraxılışı və listinqdə saxlanılma xərclərinin hesablamaq üçün Emitentin Kalkulyatoru istifadəyə verilib.
ENA.az bu barədə Birjaya istinadən xəbər verir.
Məlumata görə, kalkulyator vasitəsilə Birjada və Birjadankənar olmaqla qiymətli kağızın buraxılışı zamanı və onların tədavüldə qaldığı müddətdə yaranan xərclərin hesablanması nəzərdə tutulub.
Əlavə olaraq, qiymətli kağızların buraxılışı zamanı və həmin qiymətli kağızların dövriyyədə qaldığı müddət ərzində yaranan xərclər buraxılış növləri üzrə müqayisəli şəkildə əks etdirilir.
Hesablamanın düzgün aparılması üçün aşağıdakı xanalara dəyərlərin daxil edilməsi vacibdir:
Qiymətli kağızın növü, buraxılış həcmi, listinqdə saxlanılma müddəti, bazar seqmenti
Emitentin Kalkulyatoru bölməsi bfb.az saytının listinq bölməsində yerləşdirilib. Qeyd olunmuş linkdən keçid edə bilərsiniz: https://www.bfb.az/az/emitentin-kalkulyatoru