Sosial iqtisadiyyat

"Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na dəyişiklik edildi

Prezident İlham Əliyev "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi barədə 19 yanvar 2019-cu il tarixli fərmanında dəyişiklik edib. 

ENA.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. 

Fərmana əsasən, Beyləqan, Kürdəmir, Salyan, Gəncə, Lənləran, Şəki və Tərtərdə elmi-tədqiqat-təcrübə-sınaq-təlim mexanizminin qurulması proqramdan çıxarılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department