“PAŞA Technology” yenidən kapital artımına gedib
“PAŞA Technoloy” MMC-nin nizamnamə kapitalı yenidən artırılıb.
ENA.az xəbər verir ki, “PASHA Holding”in törəməsinin nizamnamə kapitalı 21 651 519 manata çatdırılıb.
Bu da 1 000 000 manat, yaxud 5% artırılmışdır.
Qeyd edək ki, “PAŞA Technology”nin nizamnamə kapitalı ilin əvvəli 13 100 000 manat idi. Buna qədər nizamnamə kapitalı 4 dəfə artırılıb.
“PAŞA Technoloy” MMC – 2018-ci ildə yaradılıb və “PAŞA Holding” MMC-nin törəmə şirkətləri üçün İT xidmətləri, “Cloud Computing”, kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətlərini təmin edilməsidir.