“Çin heç vaxt başqa ölkələrə hücum etməyəcək”
Çin heç bir halda digər ölkələrə hücum etməyəcək və hegemonluq iddiasında olmayacaq”.
Bunu Çin Xalq Respublikasının Sədri Si Cinpin BMT-də çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Çin xalqı həmişə sülh və harmoniya uğrunda mübarizə aparıb:
“Çin heç vaxt başqa ölkələrə hücum etməyəcək, heç kimə təzyiq göstərməyəcək və hegemonluq istəməyəcək. Ölkəmiz hər zaman qlobal sülh, ümumbəşəri inkişaf uğrunda mübarizə aparan, beynəlxalq nizamın müdafiəçisi olub. Çin öz inkişafı ilə dünyaya yeni imkanlar verməyə davam edəcək”.