Sənaye

Cari ildə Rusiyada rekord həcmdə təbii qaz çıxarılıb

2018-ci ildə Rusiyada rekord həcmdə təbii qaz istehsal olunub.

Bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak “Rossiya-24” telekanalına müsahibəsində deyib.

A.Novak bildirib ki, Rusiya bu il 773 milyard kubmetr qaz hasil edərək rekorda imza atıb: “Bundan başqa, təbii qaz ixracında isə 20 milyard kubmetrlik, yəni 2017-ci illə müqayisədə 10 faiz artım qeydə alınıb. Həmçinin mayeləşdirilmiş təbii qaz (LNG) istehsalı cari ildə 70 faiz artıb. Təbii qaz istehsalının çoxalmasına təsir edən əsas amillər Avropada qaz tələbatının artması və “Yamal LNG” zavodunda yeni qurğuların istifadəyə verilməsidir”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)