“Zəyəm Texnologiyalar Parkı”nın səhmləri BFB-nin listinqinə daxil edilib
Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Zəyəm Texnologiyalar Parkı” ASC-nin ümumi dəyəri 18 milyon manat olan səhmləri standart bazar seqmentində listinqə daxil edilib.
ENAz əbər verir ki, bu barədə BFB məlumat yayıb.
Bildirilir ki, qeyd olunan səhmlərin yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcəkdir. Abunə yazılışı 2021-ci il 31 avqust - 29 oktyabr tarixləri aralığını əhatə edəcəkdir. Yerləşdirmənin başlanmasına ən azı 2 iş günü qalmış yerləşdirmənin baş tutacağı tarix BFB-nin internet səhifəsində investorlara açıqlanacaqdır. Yerləşdirmə üzrə anderrayter "PAŞA Kapital İnvestisiya Şirkəti"dir.
Səhmlərin emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
Səhmlər üzrə məlumat aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN |
Səhmin növü və forması |
Səhmlərin sayı |
Nominal Dəyəri |
AZ1001003453 |
Adi adlı sənədisiz səhm |
18 000 000 |
1 AZN |
Abunə yazılışında iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.