Azərbaycanda vaksin yaradılır
![](https://ena.az/uploads/news/2021-08/_ena_91522b420c50cacc09e4a7d1d_o.jpg)
Azərbaycanda ilk dəfə vaksin yaradılmasına başlanılıb.
ENA.az xəbər verir ki, bu barədə TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı tvitter hesabında yazıb. O qeyd edib ki, artıq bununla bağlı tədqiqatlara start verilib:
“Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimyaterapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”.