"Peyvəndləməni 60 %-ə çatdıra bilsək, Azərbaycanda pandemiya bitəcək"

Bu gün 24 % peyvəndləmə edilib. Biz bunu 60 %-ə qaldıra bilsək, Azərbaycanda pandemiya bitəcək.
ENA.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində Prezidentinin köməkçisi Şahmar Mövsümov məlumat verib.
Prezidentinin köməkçisi həmçinin hamını peyvəndləməyə çağırıb.