MALİYYƏ

Büdcədən pul almayan rayonların sayı açıqlanıb

2018-ci illə müqayisədə 2020-ci ildə regionlardan vergi daxilolmaları 23,1 faiz artıb. Eyni zamanda, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan öz gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb.

ENA.az Dövlət Vergi Xidmətindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulundan əvvəlki 2003-cü illə müqayisədə 2020-ci ildə regionlar üzrə vergi daxilolmaları 23,2 dəfəyə yaxın artıb.

Hesabat dövründə regionlarda iqtisadi aktivlik müşahidə olunub, ötən ilin cari dövrü ilə müqayisədə vergi ödəyiciləri tərəfindən təqdim edilmiş dövriyyə məbləğləri 21,6 faiz artıb. Habelə cari ilin iyulun 1-nə regionlar üzrə aktiv ƏDV ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,6 faiz artıb, hesabat dövründə qeydiyyata alınan obyektlərin sayında isə ötən ilin analoji dövrü ilə müqayisədə 15,5 faiz artım müşahidə edilib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)