Vaksinlərin qiyməti qalxdı
Avropa Birliyi ölkələrində satılacaq Pfizer/BioNTech və Modern vaksinlərinin qiyməti bahalaşıb.
ENA.az xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.
Nəşrin əldə etdiyi məlumata əsasən, Pfizer peyvəndinin qiyməti 15.5 avrodan 19.5, Modern vaksininin qiyməti isə 22.60-dan 25.5 avroya yüksəlib.
Məlumat üçün bildirək ki, dünyada indiyədək koronavirusa qarşı vaksinasiyada 4 milyard 140 milyon doza peyvənd istifadə olunub. Belə ki, Çin 1 milyard 640 milyon doza peyvəndin vurulması ilə liderdir.
Əhalisi ən çox vaksin vurulan ölkələr arasında ikinci yerdə Hindistan (470 milyon 298 min doza), üçüncü yerdə ABŞ (345 milyon 640 min) qərarlaşıb.